Fransız rəssamın “Qara kvadrat”ı Maleviçdən 22 il əvvəl necə çəkdi
Fransız yazıçısı, yumor ustası və satirik Alfonse Alle (Alphonse Allais) həqiqətən də Kazimir Maleviçdən çox əvvəl “Qara kvadrat” əsərini yaradıb.
Baki-baku.az-ın məlumatına görə, Alle 1893-cü ildə Fransada keçirilən “Salon des Arts Incohérents” (Uyğunsuz İncəsənət Salonu) sərgisində belə bir əsər təqdim etmişdi:
“Zəncilərin dərin mağarada gecə döyüşü” (Combat de Nègres dans une cave, pendant la nuit) — tamamilə qara rəngə boyanmış kətan, üzərində heç bir təsvir yox idi, lakin adı həm ironik, həm də provokativ idi.
Bu əsər açıq şəkildə parodiya idi. Həm akademik incəsənətlə, həm də Fransada yeni-yeni formalaşmağa başlayan avanqard sənətin iddiaları ilə istehza yolu ilə hesablaşma idi.
Lakin mahiyyət etibarilə, Alle həqiqətən də Maleviçdən 22 il əvvəl bu ideyanı irəli sürmüşdü. Kazimir Maleviçin məşhur “Qara kvadrat” əsəri yalnız 1915-ci ildə yarandı və artıq ciddi fəlsəfi-sənətkar mövqeyi olan süprematizmin manifestinə çevrildi.
Əbülfəz Babazadə
6 Baxış sayı , 1 views today