Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/13/2025

Paylaşın

GÜNDƏM

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi, Heydər Əliyev

Dekabrın 12-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Baki-baku.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Akademiyanın rektoru Fərhad Bədəlbəyli ulu öndərlə bağlı xatirələrini bölüşüb, Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında olan xidmətlərindən söz açıb.

Mərasimdə iştirak edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu ümummilli lider Heydər Əliyevin mədəniyyət sahəsinə bağlılığından, ulu öndərin daima mədəniyyət xadimlərinə olan diqqətindən danışıb.

Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivinin, eləcə də ali təhsil müəssisələrinin rektorlarının iştirak etdiyi mərasimdə çıxışlardan sonra mahnı və romanslar səsləndirilib.

Bədii hissədə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətilə (dirijor Əməkdar artist Əyyub Quliyev) solistlər – Əməkdar artist Elvin Hoca Qəniyev (violin), Respublika və Beynəlxalq müsabiqələr laureatı Səxavət Məmmədov (tar), Əməkdar artist Sabinə Əsədova (soprano), BMA-nın tələbəsi, beynəlxalq müsabiqələr laureatı Aysun Mahmudzadə (soprano) ifa etdilər.

Konsert proqramında Fikrət Əmirovun “Nizami” simfoniyası (III hissə), Anton Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay”, Azər Rzayevin “Düşüncə”, Vasif Adıgözəlovun “Qərənfil”, Yan Sibeliusun “Qəmgin vals”, Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”, Fərhad Bədəlbəylinin “İki qadının duası”, Valentin Silvestrovun “Gecə serenadası”, Con Uilyamsın “Şindlerin siyahısı” əsərləri səsləndirildi.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrindən 38 il keçir.

Ən son

ƏDƏBİYYAT

Zynergy marketinq agentliyi və “Indigo Printing House”un birgə təşkilatçılığı, LIBRAFF kitab mağazalar şəbəkəsinin dəstəyi ilə

ƏDƏBİYYAT

Zynergy marketinq agentliyi və “Indigo Printing House”un birgə təşkilatçılığı, LIBRAFF kitab mağazalar şəbəkəsinin dəstəyi ilə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin