Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/26/2025

Paylaşın

İdman

Ulduz futbolçu məşqçi olmaq istəyir

Ulduz futbolçu, Sesk Fabreqas, Serxio Buskets

İtaliyanın “Komо” klubunun baş məşqçisi Sesk Fabreqas Serxio Busketsin məşqçi olmaq istədiyini açıqlayıb.

Baki-baku.az-ın məlumatına görə, bu barədə o, TMW-yə açıqlamasında bildirib.

“О, mənim dostum və inanılmaz bir insandır, həm də böyük futbolçudur. Düşünürəm ki, onun vaxtı gəlib, gənclərə yol verməlidir. Amma o, elə futbolçulardandır ki, sevilir. Meydanda bəzən gözə dəymir, amma oynamayanda onun nə qədər vacib olduğunu anlayırsan.

Belə bir karyera qurduğu üçün onu ürəkdən təbrik edirəm – bu, inanılmazdır. Həmişə düzgün həyat tərzi sürüb, yaxşı yatıb, halbuki gənclikdə bunu etmək asan deyil. O isə bunu mükəmməl bacarırdı. İndi məşqçi olmaq istəyir və mən ona bu işdə uğurlar arzulayıram”, – deyə Fabreqas qeyd edib.

Məlumat üçün bildirək ki, “İnter Mayami”nin 37 yaşlı dayaq yarımmüdafiəçisi Serxio Buskets 2025-ci il mövsümünün sonunda karyerasını başa vurduğunu elan edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının mərkəzində – Səid Rüstəmov və Lermontov küçələrinin Bünyad Sərdarov küçəsi ilə kəsişməsinin arasında yerləşən Mirzə Fətəli Axundov

Ən son

CƏMIYYƏT

Deyirlər, nərd dünyanın ən qədim oyunlarından biridir. Bəziləri onun tarixini minilliklər əvvələ, Şərq saraylarına, karvansaralara,

CƏMIYYƏT

Deyirlər, nərd dünyanın ən qədim oyunlarından biridir. Bəziləri onun tarixini minilliklər əvvələ, Şərq saraylarına, karvansaralara,

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin