Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/28/2025

Paylaşın

İdman

UEFA Çempionlar Liqası: “Qarabağ”ın rəqibləri müəyyən olundu

UEFA Çempionlar Liqası, "Qarabağ"

UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan “Qarabağ”ın rəqibləri bəlli olub.

Baki-baku.az xəbər verir ki, yarışın Liqa mərhələsinin püşkü Monako şəhərində atılıb.

Liqa mərhələsində “Qarabağ”ın səkkiz rəqibi olacaq. Bunlar “Çelsi” (evdə), “Liverpul” (səfərdə), “Ayntraxt” (evdə) “Benfika” (səfərdə), “Ayaks” (evdə), “Napoli” (səfərdə), “Kopenhagen” (evdə) və “Atletik Bilbao” (səfərdə) klublarıdır.

Ağdam təmsilçisi oyunlardan dördünü evdə, dördünü isə səfərdə keçirəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas raundunda ilk turun görüşləri sentyabrın 16-18-də təşkil olunacaq. Pley-off mərhələsinə fevralın 17-18-də start veriləcək. Final qarşılaşması isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə reallaşacaq.

Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Корицa — древняя специя, известная одновременно ароматом и целебными свойствами.