Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/05/2025

Paylaşın

İdman

UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün “Çelsi” ilə üz-üzə gələcək

IMG-20251105-WA0015

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün İngiltərənin “Çelsi” klubu ilə üz-üzə gələcək.

Baki-baku.az-ın məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.

Azərbaycan çempionu hazırda 6 xalla 15-ci, eyni xala malik olan London təmsilçisi 13-cü sıradadır.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”nı (3:2), II turda Bakıda Danimarkanın “Kopenhagen” kollektivini (2:0) məğlub edib. “Köhlən atlar” III turda İspaniyada “Atletik”ə (1:3) uduzub.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda keçiriləcək Zəfər Paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyət
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin