Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/28/2025

Paylaşın

HƏR ŞEYDƏN

Ud – Şərqin qəlbindən gələn sehrli səslər

Ud, Musiqi, Musiqi aləti, Mizrab

Ud – simli və mizrabla çalınan qədim musiqi alətidir. Əsasən Azərbaycan, Türkiyə, İran, Ərəb ölkələri və bütövlükdə Şərq dünyasında geniş yayılıb. Adı ərəbcə “əl-ud” – “ağac” sözündən gəlir, lakin bəzi mənbələr onu fars “rud” aləti ilə əlaqələndirir.

Uda dair ilk yazılı məlumatlar IX əsrə — Mosullu İshaq və Fərabi kimi böyük alimlərin əsərlərinə gedib çıxır. Qopuzun bir təkamülü kimi yaranan ud, zamanla zənginləşmiş, Səfiəddin Urməvi kimi musiqi ustadlarının əli ilə formalaşaraq Şərq musiqisinin aparıcı alətlərindən birinə çevrilmişdir.

Uddan çıxan səsin sehrini dahi Füzuli belə vəsf etmişdir:

“Bir ud sədası bu zaman qalxdı həvayə,
Yandım, tütünüm çıxdı mənim övci səmayə.”

Maraqlı faktlardan biri də budur ki, ud və rud, Avropa gitara və mandolinasının da əcdadı sayılır. Udun armud formalı çanağı, qısa qolu və beş qoşa, bir tək simi olur. Simlər kvarta aralığında köklənir və ifa zamanı sağ dizin üzərində tutulur. Alətin çanağı səndəl, armud və qoz ağaclarından yığılaraq hazırlanır.

Qədim Şərqdə ud yalnız musiqi ifası üçün deyil, həm də not yazısı üçün əsas alət sayılırdı. Urməvi musiqi yazılarında udun strukturunu əsas götürərək 36 müxtəlif səs hündürlüyünü qeyd etmişdir. Bu da udun həm nəzəri, həm də praktik əhəmiyyətini göstərir.

Udun müxtəlif növləri də mövcuddur: ərəbi və şərqi variantları ilə yanaşı, Azərbaycanlı sənətkar Qasım Qasımovun yaratdığı cürəud, sinəud və vəlud kimi versiyalar da mövcuddur. Həmçinin, udabənzər qədim alətlər — bərbət, şeşxana, şeştay və qopuzi-rumi kimi formalar da musiqi tarixində yer almışdır.

Bu gün ud həm solo, həm də müşayiətçi alət kimi orkestr və ansambllarda öz layiqli yerini qoruyub saxlayır. Onun zəngin və yumşaq səsi Şərqin emosional dünyasını ifadə edən ən güclü musiqi vasitələrindən biri sayılır.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Одни существовали сотни лет, другие - тысячелетия

Ən son

HƏR ŞEYDƏN

Dürüst olaq: hər birimiz "daha çox kitab oxumalıyam" deyə-deyə illərlə keçirdiyimiz günləri xatırlayırıq.

HƏR ŞEYDƏN

Dürüst olaq: hər birimiz "daha çox kitab oxumalıyam" deyə-deyə illərlə keçirdiyimiz günləri xatırlayırıq.