Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/02/2026

Paylaşın

HƏR ŞEYDƏN

Türkün Ecyad qalasından “Zəm-zəm Tower”a uzanan “Qurani-Kərim” sevgisi

əsas-3

Məkkənnin, Kəbənin gözəlliyinə gözəllik qatan “Zəm-zəm Tower”ın mövcud olduğu yerdə bir zamanlar “Mədinənin və Məkkənin hizmətkarı” olaraq tarix yaradan Osmanlı İmperiyası ilə bağlı hansı tarixi abidənin olması barədə bəlkə də az adam xəbərdardır. Əldə olunan məlumatlardan bəlli olur ki, bu heyranedici gözəlliyin yerində daha əzəmətli bir tarixi abidə olub.

Bul-bul dağının üzərində tikilən qala Kəbəni-Məscidi-Haramı bütünlüklə nəzarəti altında saxlayıb, onun təhlükəsizliyini təmin edib

“Zəm-zəm Tower”ın bulunduğu sərt qayanın üzərində XVIII yüzilin sonlarında Məkkəni və Kəbəni hücumlardan, təhdidlərdən qorumaq məqsədilə Osmanlı İmperiyası Ecyad qalasını ucaldıb. Bul-bul dağının üzərində tikilən qala Kəbəni-Məscidi-Haramı bütünlüklə nəzarəti altında saxlayıb, onun təhlükəsizliyini təmin edib. Osmanlı əsgərlərinin Müqəddəs torpağı qorumaq məqsədilə burada növbədə dayanması, Ecyad qalasında Osmanlı Bayrağının dalğalanması da dediklərimizə əyani sübutdur.

Turanın Qurani-Kərim, Osmanlının Peyğəmbər sevgisinə bağlı bir tarix

İki yüz ildən çox ayaqda qalan bu tarixi abidə-Ecyad qalası 2002-ci ildə Səudiyyə Krallığı tərəfindən sökülüb. Onun yerində Ebrac əl-Beyt kompleksi inşa edilib. Məkkənin ən qüdrətli otel və ticarət mərkəzi kimi dünyada məşhur olan, Bul-bul dağından boylanan Ebrac əl-Beytdən, “Zəm-zəm Tower”dan Ecyad qalasına uzanan bir tarix var: Turanın Qurani-Kərim, Osmanlının Peyğəmbər sevgisinə bağlı bir tarix.

Ecyad qalası sökülə bilər, yerində Ebrac Əl-beytdə, “Zəm-zəm Tower”da tikilə bilər amma Türkün İslam sevgisi, Məscidi-Haram gözəlliyi, Mədineyi-Münəvvər nuru bitib-tükənməz. Gərək Səudiyyə Osmanlının Müqəddəs torpağa sevgisini Ecyad qalası adında yerlə bir edib günaha girməyəydi.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti

Ən son

GÜNDƏM

Baki-baku.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

GÜNDƏM

Baki-baku.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin