Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/05/2025

Paylaşın

TARİXİMİZ

Türkün Dəmir Yumruğu – Əmir Teymur, Nadir şah Əfşar, Atatürk, İlham Əliyev

Türkün Dəmir Yumruğu, Əmir Teymur, Nadir şah Əfşar, Atatürk, İlham Əliyev

Elə tarixi şəxsiyyətlər, qüdrətli simalar var ki, onların adı çəkiləndə tarixin özü belə sükuta dalıb əsgər sayğısında dayanır. Napaleon Avropanı fəth etmişdi. Bəs Şərqin Napoleonu kimlər idi? Onların adı çəkiləndə dizlərinin bağı qırılan onlarla sultan, xaqan, kral, kardinal nədən nigaran olurdular? Bütün dillərdə adları eyni səslənən bu qüdrətli sərkərdə-xaqanlar – Əmir Teymur və Nadir şah Əfşar dünyanı Qılıncın və Qələmin vəhdətində gətirdi. Teymurlu və Əfşarlar imperiyalarını qurmaqla yüz illər boyu ulu, azman türkü  çökdürmək üçün kilsələrdə tədbirlər tökənlərin arzularını gözündə qoydu. Nadir şah Əfşar da Əmir Teymur kimi Tükküstan qırqəzlərindən gəlmişdi. Xorasana köç edən adi bir ailədə doğulmuşdu, sadə bir döyüşçü idi. Amma əzəməti, qüdrəti ilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Səfəvilər İmperiyasını iflasdan, səfalətdən qoparıb onu dünyanın qorxulu röyasına çevirdi. Bonapart Napoleondan, Əmir Teymurdan sonra Hindistanın fatehi kimi tarixdə qaldı. Şərqin Napaleonu titulunu qazandı.

Səfəvilərin param-parça olan torpaqlarını birləşdirən, Bütöv Azərbaycanın təməlini qoyan bu qüdrətli sərkərdə-xaqan dəfələrlə sülhə, din və dil birliyinə dəvət etdiyi Osmanlı İmperiyasının  üstünə yeriməkdən çəkinmədi. Əfqanıstanı təsir dairəsinə aldı. Hindistanı, Dehlini iradəsinə tabe etdi. Şimali Qafqazda, Dəmirqapı Dərbənddə, Tiflisdə, Türküstanda Azərbaycan bayrağını ucaltdı.

Sıravi əsgərdən, adi döyüşçüdən imperatorluğa qədər yüksələn, birlik, bütövlük rəmzinə,  qüdrət, cəsarət simvoluna dönən, Şərqin Napaleonu kimi şöhrət tapan bu qüdrətli sərkərdə-xaqanın əzəmətini Əmir Teymurla müqayisə etdikdən sonra səmimiyyətlə qeyd edə bilərik ki, Nadir şah Əfşardan 200 il sonra Qazi Mustafa Kamal Paşa Atatürk iflas olmaq təhlükəsi ilə üz-üzə qalan Osmanlı İmperatorluğunun xilaskarı kimi Modern Türkiyə Cümhuriyyətini qurdu. Türkün qüdrətini, əzəmətini dünyaya nümayiş etdirdi. Nadir şah Əfşardan 300, Qazi Mustafa Kamal Paşa Atatürkdən 100 il sonra isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev – Qarabağda, Şərqi Zəngəzurda fətih dastanı yazdı. Azərbaycan Bayrağını Şuşa qalasından, Xudafərin körpüsündən asdı. Məmləkətini  Böyük İpək Yolunun körpüsünə çevirdi.

Avropanın Bonapart Napoleonu Turanın, Türk dünyasının, Odlar Yurdu Azərbaycanın da, Əmir Teymur, Nadir şah Əfşar, Qazi Mustafa Kamal Paşa Atatürk, Müzəffər Ali Baş Komandan, Prezident  İlham Heydər oğlu Əliyev kimi iradənin gücü, xarakterin əyilməzliyi ilə quruluşun, zamanın üstünə yeriyib dünyanın siyasi mənzərəsini dəyişən Liderləri var!

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda keçiriləcək Zəfər Paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyət
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin