Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/23/2025

Paylaşın

GÜNDƏM

Türkiyədə yaşı 5000 olan çörək satışa çıxarılıb

Türkiyənin Eskişehir bölgəsinin ən əhəmiyyətli arxeoloji ərazilərindən biri olan Küllüoba kurqanında aparılan qazıntılar zamanı təxminən 5 min il əvvələ aid tarixi çörək tapılıb.

Baki-baku.az bu barədə “Haber Global”a istinadən xəbər verir.

Bildirilib ki, tapıntı Erken Tunç dövrünə (e.ə. 3200) aid olub və Anadoluda bişmiş halda aşkarlanan ən qədim çörək nümunəsi kimi unikal dəyər daşıyır.

Eskişehir Böyükşəhər Bələdiyyəsinin rəhbərliyi ilə bu çörək yenidən “canlandırılıb” – arxeoloji tapıntılara əsaslanan xüsusi reseptlə hazırlanaraq “Küllüoba çörəyi” adı ilə bazarlarda 50 Türkiyə lirəsinə (təxminən 2 manat 18 qəpik) satışa çıxarılıb.

Tərkibinə görə müasir çörəklərdən fərqlənən bu məmulatın hazırlanmasında daş dəyirmanda üyüdülmüş mərcimək unundan istifadə olunur. Aşağı qlüten səviyyəsinə malik çörəyin tərkibində heç bir konservant yoxdur.

İstehsal zamanı yalnız təbii inqrediyentlərdən istifadə olunub və bu da çörəyin tarixi teksturasını və quruluşunu qorumağa imkan verib. Qablaşdırmada həmçinin onun kəşfi və Küllüoba kurqanı ilə bağlı məlumatlar yer alır.

Eskişehir Böyükşəhər Bələdiyyəsinin sədri Ayşə Ünlücə bu tapıntının böyük tarixi əhəmiyyət daşıdığını bildirib: “Küllüoba çörəyi təkcə bir qida məhsulu deyil, keçmişdən bu günə uzanan mədəni irsdir”, – deyə o vurğulayıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, учёные проверяют этот феномен с помощью так называемого зеркального теста

Ən son

GÜNDƏM

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarları sərnişin

GÜNDƏM

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarları sərnişin
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin