Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/18/2026

Paylaşın

Mədəniyyət

Türk Mədəniyyəti və İrsi Fondu AlmaU nümayəndə heyətini qəbul edib

WhatsApp Image 2026-03-18 at 09.28.33

16 mart 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova AlmaU İdarəetmə Universitetinin nümayəndə heyətini qəbul edib.
Baki-baku.az xəbər verir ki, görüşdə Almatı İdarəetmə Universitetinin (AlmaU) prezidenti, təsisçisi və rektoru, doktor Assılbek Kojaxmetov, həmçinin AlmaU Sahibkarlıq və İnnovasiya Məktəbinin icraçı direktoru Ksenia Yujaninova-Karadenizli iştirak ediblər. “Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüş zamanı tərəflər arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə, türk dünyasının ortaq mədəni irsinin tədqiqi və təbliği istiqamətində ali təhsil müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi, tələbə və tədqiqatçı mübadilə proqramlarının təşviqi, eləcə də innovasiya və sahibkarlıq sahəsində təcrübə paylaşımı məsələləri müzakirə olunub. Fondun prezidenti professor Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən beynəlxalq layihələr və nəşr proqramları barədə ətraflı məlumat verərək, bu kimi əməkdaşlıqların türk dünyasında elmi və mədəni inteqrasiyanın gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb. Öz növbəsində, doktor Assılbek Kojaxmetov AlmaU İdarəetmə Universitetinin beynəlxalq əməkdaşlıq təcrübəsi, innovativ təhsil modelləri və həyata keçirilən təşəbbüslər barədə məlumat təqdim edib, Fond ilə gələcək birgə layihələrin reallaşdırılmasında maraqlı olduqlarını bildirib. Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və konkret layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Sabunçu və Qaradağ rayonlarında qeyri-iş günlərində texniki müayinə mərkəzləri fasiləsiz olaraq hər gün saat 09:00-dan 18:00-dək fəaliyyət

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin