Nəşr edilmişdir 01/14/2025

Paylaşın

GÜNDƏM

Turistlər Heydər Əliyev Mərkəzi haqqında nə düşünürlər?

Turistlərin Bakının ən tanınmış yerləri haqqında rəyləri ilə rubrikamızı davam etdiririk. Heydər Əliyev Mərkəzi məşhur memar Zaha Hadidin layihələndirdiyi və 2007-2012-ci illərdə inşa olunmuş heyrətamiz bir binadır. Mərkəzdə bir neçə sərgi guşələri mövcuddur: Heydər Əliyev Muzeyi, milli geyim kolleksiyası, musiqi alətləri, xalçalar, retro avtomobil sərgisi və s.
Bir sözlə, bu məkan sizi Azərbaycanın tarixinə və mədəniyyətinə yol açan əsrarəngiz səyahətə dəvət edir.

Məkanla bağlı turistlərin fikirlərini topladıq və dedikləri bunlardır:
“Taksi sürücüsü bildirib ki, binanın forması Heydər Əliyevin imzasından ilhamlanıb. Bu doğrudursa, fikir dahidir!”
“Sərgiləri ziyarət etməyi planlaşdırırsınızsa tək getməyi məsləhət görürəm”.
“Vaxt məhduddursa Bakıdakı bütün muzeylərdən yalnız buranı ziyarət etməyə dəyər. Burada hər şey var! Digər muzeylərdə görəcəyiniz hər şey…”.
“Çöldən: möhtəşəm və gözəl bir memarlıq əsəri. İçəridə: zalların yarısından çoxu boş və bağlı… skamyalar da yoxdur!”.
“Bəzi liftlər işləmir, çox gəzməli olacaqsınız, yorula bilərsiniz”.
“Əslində pis deyil, amma bu ekspozisiya üçün 15 manat bir az baha görünür”.
Qeyd etmək lazımdır ki, ümumilikdə Heydər Əliyev Mərkəzi xarici turistlərin rəylərində xüsusi yer tutur – 2 517 rəy əsasında 5-dən 4.5 bal alaraq yüksək qiymətləndirilir. Bəs bu barədə siz nə düşünürsünüz? Fikirlərinizi şərhlərdə bizimlə bölüşün!

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakının tarixi mərkəzi olan İçərişəhər ərazisində fəaliyyət göstərən xidmət müəsissələrinin, orada ekskursiyalar aparan bələdçilərin professionallığı artırılmalıdır. Bunu “Azərbaycan

Ən son

GÜNDƏM

Basketbol üzrə FIBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında

GÜNDƏM

Azərbaycan Milli Elmi Komandası bu il sentyabrın 29-dan oktyabrın 3-nə qədər Avstraliyanın Sidney şəhərində keçiriləcək

GÜNDƏM

Bu günə qədər Bakıda 30-dan çox küçə və prospektdə ümumilikdə 100 km-dən çox avtobus zolaqları