Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/07/2024

Paylaşın

XƏBƏRLƏR

“Tullantıları hədiyyələrə dəyiş” festivalı bu dəfə Xətaidə – Fotolar

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığıi ilə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkında növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

“BakıBaku Qafqazinfo-ya istinadən xəbər verir ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu 3483 litr olan plastik, 495 litr olan şüşə və 479 ədəd işlənmiş batareya təhvil verərək əvəzində kitab, ekoçanta, məktəb ləvazimatlar və digər müxtəlif hədiyyələr əldə ediblər.

Tədbir zamanı uşaqlarla tullantıların çeşidlənməsinə dair maarifləndirici oyun keçirilib, ekoçantalar üzərində rəsmlər çəkilib. 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, tullantıların düzgün idarə olunmasını stimullaşdırmaq məqsədilə təşkil olunub.

Qeyd edək ki, payız əkin mövsümündə “Tullantıları tinglərə dəyiş” aksiyası yenidən start götürəcək. Bu barədə elan öncədən Nazirliyin sosial şəbəkə hesablarında və rəsmi saytında paylaşılacaq.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bildirir, məhz günahkarlıq və məsuliyyət arasındakı çaşqınlıq, böyüklərdə daxili yanma və narahatlığın ən çox rast gəlinən səbəblərindən
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin