Nəşr edilmişdir 10/29/2024

Paylaşın

GÜNDƏM

Trend olan Dubay şokoladı sağlamlıq üçün təhlükəlidir

Şokolad

Son zamanlar sosial şəbəkələrdə qeyri-adi dadı və tərkibi ilə diqqət çəkən Dubay şokoladı adlanan desert populyarlıq qazanıb. Lakin məlum olub ki, bu trendin arxasında sağlamlıq üçün ciddi təhlükə gizlənir.
Baki-baku.az bu barədə StarHit.ru-ya istinadən xəbər verir.
Rusiyalı diyetoloq Anna Belousova şirniyyat haqqında şok təfərrüatı açıqlayıb.
“200 qram çəkisi olan bir Dubay şokoladının qida dəyəri min kilokaloridən çoxdur. Belə desert, hətta az miqdarda belə təhlükəli ola bilər”, – deyə mütəxəssis xəbərdarlıq edib.
Onun fikrincə, xüsusilə allergiyası olan insanlar bu şirniyyatdan uzaq durmalıdırlar. Həmçinin diyetoloq öd kisəsi problemi olanların da bu şokoladı yeməməsini tövsiyə edib.

Şokolad


Endokrinoloq Veronika Savenko da həmkarının fikirləri ilə razılaşır. O, diabet və piylənmədən əziyyət çəkən insanları dəbdə olan bu şirniyyatdan imtina etməyə çağırıb.
“Şokoladın tərkibindəki məhsullar ishal və digər mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər”, – deyə həkim vurğulayıb.
“Bundan əlavə, Dubay şokoladında yağ və şəkərin yüksək tərkibi orqanizmin hüceyrələrinə zərər verən qlikasiya yaradır. Bu, artıq çəkiyə, ürək-damar xəstəliklərinə, ikinci tip şəkərli diabetə və ateroskleroza səbəb ola bilər”, – deyə həkim əlavə edib.
Qeyd edək ki, Dubay şokoladı – yağda qızardılmış kadayif xəmiri, püstə və ya küncüt pastasından ibarət olan xırtıldayan içlikli desertdir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fevralın 28-də ilin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq. Baki-baku.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin

Ən son

GÜNDƏM

Zəfəran (Crocus sativus) bitkidir. İncə ləçəklərinə baxmayaraq, özündən sonra qalıcı iz qoyan, tarixi mənbələrə görə,

GÜNDƏM

Zəfəran (Crocus sativus) bitkidir. İncə ləçəklərinə baxmayaraq, özündən sonra qalıcı iz qoyan, tarixi mənbələrə görə,