Böyük Britaniyanın Lafboro Universitetinin fizikləri platindən hazırlanmış miniatür skripka düzəldiblər.
Baki-baku.az bu barədə Phys.org-a istinadən xəbər verir.
Məlumata görə, skripkanın uzunluğu cəmi 35 mikron (metrin milyonda bir hissəsi), eni isə 13 mikron təşkil edir.
Bu ölçülər insan saçının qalınlığından da kiçikdir. Müqayisə üçün bildirək ki, insan saçının diametri 17-80 mikron arasında dəyişir.
Hazırlanan skripka ölçüsünə görə adi bir toz zərrəciyini xatırladır.