“Titanik” gəmisinin sağ qalmış sərnişini Arçibald Qreysinin məktubu hərracda 400 min dollara satılıb.
Baki-baku.az bu barədə “The Guardian”a istinadla xəbər verir.
Məlumata görə, “Titanik”in göyərtəsində yazılmış məktub üçün bu, indiyə qədər ödənilən ən yüksək məbləğdir.
A.Qreys məktubda 1912-ci ildə gəmidəki qısamüddətli səyahətinin ən parlaq məqamlarını yazaraq, onu poçt vasitəsilə göndərib.
Qeyd edək ki, məktub 10 aprel 1912-ci il tarixlidir.
