Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/29/2025

Paylaşın

GÜNDƏM

Tezliklə Bakıya 200 yeni avtobus gətiriləcək

200 yeni avtobus, avtobus, AYNA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Avtobus parkının yenilənməsi mərhələli qaydada həyata keçirilir.
Baki-baku.az AYNA-ya istinadla xəbər verir ki, hazırda paytaxtda müntəzəm marşrut xətlərində rekord sayda – 2200-dən çox avtobus istifadə olunur. Cari ilin avqust-sentyabr ayları ərzində Bakı şəhərində daşıyıcılar tərəfindən daha 200 yeni və ekoloji təmiz avtobus sərnişinlərin istifadəsinə veriləcək. Bu isə ümumilikdə ictimai nəqliyyatda əlçatanlığın və xidmət keyfiyyətinin daha da artmasını təmin edəcək.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Alman bəstələdi, isveçli yazdı, estonlar isə rəsmi etdilər…