Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/10/2025

Paylaşın

GÜNDƏM

Texnologiyalar ölkəsi təbiət qarşısında aciz qaldı – güclü yağışlar şəhəri iflic etdi

Texnologiyalar ölkəsi, Yaponiya

Texnologiyanın zirvəsi, innovasiyanın beşiyi hesab olunan Yaponiyada ötən gün yağışlar Kaqoşima prefekturasında yerləşən Kirişima şəhərində həyatı çətinləşdirib. Cəmi 12 saat ərzində bəzi ərazilərə 1,5 aylıq normaya bərabər yağıntı — 495 millimetr yağış düşüb. Bu, təkcə küçələri deyil, şəhərin bütün həyat ritmini iflic edib.
Baki-baku.az xəbər verir ki, şiddətli leysan nəticəsində şəhərdə “xüsusi xəbərdarlıq” rejimi elan olunub və 122 mindən artıq insan üçün yüksək səviyyəli təxliyə qərarı verilib. Bir neçə nəfər xəsarət alıb, çay daşqınları təhlükəsi isə real bir təhdidə çevrilib. Səlahiyyətlilər “fövqəladə təhlükəsizlik təminatı” adı altında 5-ci səviyyəli xəbərdarlıq elan ediblər. Bu, Yaponiyada fövqəladə halların ən yüksək mərhələsidir.
Bu hadisə bir daha göstərir ki, ən inkişaf etmiş texnologiyaya sahib ölkələr belə təbiətin qəfil hücumlarına qarşı tam hazırlıqlı deyil. Hündür binalar, möhkəm körpülər, müasir drenaj sistemləri – bütün bunlar saniyələr içində güclü yağışın yaratdığı daşqın təhlükəsi qarşısında zəif qalır.

Əslində, bu ilk dəfə deyil ki, dünya nəhəng şəhərlərinin güclü yağış qarşısında aciz qaldığına şahid oluruq. Moskva da, Nyu-York da son illərdə bənzər sınaqlardan keçib. Qısa müddətdə yağan leysan bu şəhərlərin küçələrini çaya çevirib, nəqliyyatı iflic edib.

Bütün bunlar iqlim dəyişikliyinin artıq uzaq bir təhlükə deyil, bu gün baş verən reallıq olduğunu göstərir. Texnologiya sürətlə inkişaf etsə də, təbiətin dəyişən ritminə tam uyğunlaşmaq hələ ki mümkün deyil. Kirişimadakı kimi hadisələr bizə xatırladır ki, təbiətlə mübarizə aparmaqdan çox, onunla uzlaşmağı öyrənmək bəlkə də, gələcəyin ən vacib texnologiyasıdır.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Prezidenti İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Amerika lideri Donald Trampa minnətdarlığını bildirib.

Ən son

GÜNDƏM

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.

GÜNDƏM

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.