Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/10/2025

Paylaşın

HƏR ŞEYDƏN

Texniki səhv iki ölkə arasında qardaşlıq simvoluna çevirildi

IMG-20251010-WA0161

Yüz illər boyu Səfəvilərin, Əfşarların, Qacarların, Osmanlı imperiyasının himayəsində olan Pakistan Azərbaycan və Türkiyəyə sevgisini bu gün də davam etdirməkdədir.

Baki-baku.az xəbər verir ki, 1988-ci ildən dövriyyədə olan 1000 rupilik əskinasların üzərində ilk vaxtlar Pakistanın banisi Məhəmməd Əli Cinnahın portreti əks olunmuşdu. 2007-ci ildə Pakistan Mərkəzi Bankı əskinasların dizaynını yeniləmək qərarına gəlir. Yeni dizaynda Cinnahın portreti ilə yanaşı, Pakistan bayrağının təsviri də əlavə olunur.

Lakin məhz bu mərhələdə diqqətdən qaçan texniki bir detal sonradan böyük müzakirələrə səbəb olur. Əskinasların çap prosesi zamanı rəng çalarlarının üst-üstə düşməsi nəticəsində bayrağın yaşılı qırmızı tonlara çevrilir. Yeni 1000 rupilik əskinaslar dövriyyəyə buraxıldıqda, yerli sakinlər bunu dərhal fərq edirlər və etiraz səsləri yüksəlir.

Mətbuat bu məsələni geniş işıqlandırır, ictimaiyyətdə “Pakistan bayrağı niyə qırmızı oldu?” sualı müzakirə mövzusuna çevrilir. Nəhayət, yaranan narazılığa Pakistan rəhbərliyinin müdaxiləsi ilə son qoyulur.

Pakistan Mərkəzi Bankının rəhbəri rəsmi açıqlama verərək, vəziyyətə aydınlıq gətirir: “Bu, Türkiyə Respublikasının bayrağıdır – bizim qardaş ölkənin rəmzidir.”

Beləcə, təsadüfi bir çap səhvi, iki dost ölkə – Pakistan və Türkiyə arasındakı qardaşlıq bağlarını simvolizə edən maraqlı bir tarixi xatirəyə çevrilir. Bu cavabdan sonra narazılığın aradan qalxması isə Pakistan dövləti ilə yanaşı, xalqın da Türkiyəyə olan sevgisinin göstəricisidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 42 ümumi təhsil müəssisəsinə yeni direktor təyin olunub.

Ən son

GÜNDƏM

Aeroport şosesinin hər iki istiqamətində fevralın 21-də saat 02:30-dan 05:15-ə kimi hərəkət dayandırılaraq nəqliyyat vasitələri

GÜNDƏM

Aeroport şosesinin hər iki istiqamətində fevralın 21-də saat 02:30-dan 05:15-ə kimi hərəkət dayandırılaraq nəqliyyat vasitələri
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin