Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/03/2026

Paylaşın

TARİX

Tarixin üç saxlanc yeri – Udi ocağı, Kələxon qalası, Qaçaq Mayıl mağarası

Qədim yaşayış məskənləri, mağara, qala, ovdan və kəhrizləri, tarixi tikililəri, sivilizasiyaları , mədəniyyətlərin dialoq, dinlərin tolerantlıq ünvanı olan məkanları ilə dünyanın ən əski dəyərlərinə ayna tutan Odlar Yurdu Azərbaycan həm də müxtəlif xalqların hüzur içərisində yaşadığı,  ürüyüb-artdığı, dilini, dinini, mədəniyyətini, adət-ənənələrini mühafizə edib, qoruduğu diyardır. 

Qafqaz Albaniyasından Udi ocağına

Zəngin mədəniyyəti, qüdrətli tarixi ilə dünyaya meydan oxuyan Vətənimizin elə bir qəsəbəsi var ki, burada qədim Alban-Alpan dilli hələ də danışılır. Min illərinin sirrini, sehrini qoruyan Qafqaz Albaniyasının mərkəzlərindən birində – Qəbələdə tarixin imzasına çevrilən Nic qəsəbəsi qədim yaşayış məskənidir. Əldə olunan məlumatlara istinad edərək deyə bilərik ki, tolerantlığın və multikultural dəyərlərin məskəni olan Nic ölkəmizdə xüsusi dövlət qayğısı ilə əhatə olunub .

Azərbaycanın qədim yaşayış məskənlərindən olan, udilərin tarixi vətəni , yurd yeri sayılan, Amazon-Həftəran vadisində yerləşən Nic qəsəbəsi Qəbələnin  ərazicə ən böyük yaşayış məskənidir.  Burada əsasən udilər, türklər-azərbaycanlılar  və ləzgilər mehriban qonşuluq şəraitində yaşayırlar.

Udi  Mədəniyyət Mərkəzi bu qədim xalqın  tarixinin və mədəniyyətinin təbliğində mühüm rol oynayır

Məlumat üçün onu da qeyd edək ki, udilər  Qafqaz Albaniyasının varisləri hesab olunur. Tarixi mənbələrə görə onlar Qədim Alban dövlətinin dilini , dini dəyərlərini, mədəniyyətini və adət -ənənələrini  bu günə qədər qoruyub saxlayan azsaylı xalqlardandır. Nic qəsəbəsində fəaliyyət göstərən, Udi  Mədəniyyət Mərkəzi bu qədim xalqın  tarixinin və mədəniyyətinin yaşadılmasında, tədqiq və təbliğ edilməsində mühüm rol oynayır. 1854-cü ildə burada Udi məktəbi açılıb. Bu gündə fəaliyyət göstərən məktəbdə ibtiadi siniflərdə Udi dili tədris olunur.

Tolerantlığın ünvanı sayılan qəsəbədə XIX əsrə aid Müqəddəs Yelisey Tsilin və Müqəddəs Məryəm Ana kilsəsi ilə yanaşı, Cümə Məscidi də fəaliyyət göstərir. 

Gözəl təbiəti ilə seçilən Nic fındıq  bağları ilə məhşurdur. Qəsəbənin iqtisadi-sosial həyatında yer tutan fındıq bağlarında elə ağaclar var ki, yaşı yüz illərlə ölçülür. 

Azərbaycan Respublikasının Birinci vitse-prezdenti , Heydər Əliyev Fondunun Prezdenti xanım Mehriban Əliyevanın qayğısı ilə mühüm inkişaf mərhələsinə qədəm qoyan Nic bu gün tərəqqi dövrünü yaşayır. 44 günlük Vətən Müharibəsindən, tarixi Zəfərdən sonra Laçındakı Ağoğlan qəsrində – Alban məbədində ziyarətdə olan Nic Udi məclisinin nümayəndələri, Müqəddəs Yelisey Tsilin və Müqəddəs Məryəm Ana kilsəsinin nümayəndələri  qədim inanc və yaddaş yerlərindən birində əllərini Tanrıya açıb  Qələbəni olara yaşadan  Şəhidlərin ruhuna  dualar oxudular.

Kələxon- Zuvand mahalının alınmaz qalası

Lerik təkcə gur şəlalələri, zümzüməli çeşmələri, sıx meşələri, qəlbi dağları ilə deyil, həm də qalaları ilə məhşurdur. Qədim Zuvand mahalının strarteji nöqtəsində, əzəmətli qala dağının üstündə daşa, yaddaşa dönən bir tarix boylanır – Kələxon Qalası!

Yerli talış dilində bu Xan qalası anlamına gəlir. Sıldırım mərmər qayalara baxdıqda insan ulularının bu keçilməz izdihamı necə tikdiyinə heyrət edir. İşıqlı, aydın havada Xan qalasından boylandıqda uzaqdan Güney Azərbaycan ovuc içi kimi görünür. Savalan dağının qarlı bəyaz zirvəsi , ağ çalması belə göz önündə canlanır.  Tarixin daş yaddaşı sayılan Kələxon qalası  təkcə keçmişin bir parçası deyil, həm də əski çağ mədəniyyətinin, dövlətçilik ənənələrinin incisidir.  Kələxona baxmaq, onun zirvəsində mənsub olduğu millətin əzəmətini dərk etmək, duymaq istəyənlər  bura can atır, tarixin daş yaddaşı ilə baş-başa qalır.

Qaçaq Mayıl mağarası – Təngəaltının incisi

Çar Rusyasının yüz illərlə fəth edə bilmədiyi  Təngəaltının keçilməz səddi sayılan, Təngə dərsində mövcud olan  Vəlvələ çayın  ətəyində binə tutan,  Qaçaq Mayıl mağarası Şahdağdan , Bazardüzü zirvəsindən,  Babadağdan, Xınalıqdan sonra  Qubanın məhşur ünvanlarındandır.

Çay səthindən 130 metr hündürlükdə yerləşən mağara olduqca sərt, sıldırım qayaların qoynunda yerləşir.  Keçmişdə bura qalxmaq demək olar ki, qeyri-mümkün və təhlükəli olub. Hazırda turistlər üçün xüsusi pilləkənlər quraşdırılsa da deyirlər yuxarı qalxdıqca insanın dizləri titrəyir.

Bu nadir təbiət incisinin  Qaçaq Mayıl mağarası adlandırılmasının da maraqlı tarixçəsi var : “XIX əsrin sonlarında yaşayan Mayıl Zahirov da Qubalı Fətəli xan, Şeyx Şamil  kimi Çar Rusyasının üstünə yeriyib”. Öz dəstəsi ilə bu sərt, sıldırım qayada məskən salıb. Çoxsaylı məsləkdaşları, daha doğrusu igidləri ilə Çar cəlladlarına qarşı savaşıb. O, təkcə Rus İmperiyasına qarşı deyil, 1918-1920-ci illərdə  bölgəyə hücum edən erməni daşnaklarına qarşı da vuruşub, Quba üsyanının başcısı kimi tarixdə qalıb. 

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yerli vaxtla saat 03:39-da Şamaxı rayonunda 3.9 maqnitudada zəlzələ qeydə alınıb.

Ən son

TARİX

Bu gün Bakı deyəndə ağla ilk gələn sözlərdən biri neftdir

TARİX

Bu gün Bakı deyəndə ağla ilk gələn sözlərdən biri neftdir
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin