Nəşr edilmişdir 12/29/2024

Paylaşın

GÜNDƏM

Tarix və təbiət bir arada: Texniki ərazidə yeni ekoloji layihə

Ekoloji layihə

Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir.

Baki-baku.az xəbər verir ki, belə istirahət məkanlarından biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda salınan yeni parkdır.
“Gənclik” metrosu yanında yaradılan “Antena” parkı kimi tanınan bu ərazi əvvəllər baxımsız vəziyyətdə olub. İstirahət parkının yaradılması ilə əlaqədar bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19,5 hektara çatdırılıb.
Parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və həmin binada bərpa işləri aparılıb.
Qeyd edək ki, bir çox təşkilatlar, həmçinin bəzi sahibkarlar bu ərazini müxtəlif təyinatlar üçün istifadə etmək istəsələr də, dövlətimizin başçısı İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq həmin ərazi park olaraq sakinlərin istifadəsinə verilib, yeni müasir park salınıb.
Yenidən qurulan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılır. Belə ki, burada 2 fəvvarənin də quraşdırılması işləri yekunlaşır. Bu da istirahət məkanına əlavə gözəllik verəcək.
Sözügedən ərazidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə təbiətşünaslıq muzeyi yaradılır.
Müasir istirahət kompleksinin ərazisinin 13,8 hektarında yaşıllıq sahələri salınıb. Belə ki, burada sərv (kedr), palıd, eldar şamı, qırmızı yarpaq ağcaqayn və sair ağaclardan ibarət kiçik meşə sahələri salınıb, həmçinin Azərbaycanda ilk dəfə gümüşü akasiya, liqustrum, viburnum, kalina, lisidium, dəfnəgilənar, lagistroma, loropetalum, ərəb yasəməni və əsasən payız aylarında müxtəlif rəngçalarlarına sahib olan digər növ ağac, kol və bitkilər əkilib.
Parkda işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulub. Burada piyada və velosiped yolları çəkilib, uşaq-əyləncə və idman meydançaları yaradılıb.
Yenidən qurulan parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirəcək tunel də inşa edilib. Bir zamanlar quraqlıq olan sözügedən ərazi artıq böyük bir meşə zolağına çevrilib.
Qeyd edək ki, yalnız bu il ərzində Bakı şəhəri ərazisində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Mərkəzi Nəbatat Bağı, Nərimanov parkı, Bakı Dəniz Vağzalının yaxınlığındakı park, həmçinin Xaqani bağı, Cəfər Cabbarlı heykəlinin ətrafında park salınıb, Cavanşir Körpüsünün yerində yaşıllaşdırma ilə bağlı əsaslı rekonstruksiya işləri həyata keçirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda 512 hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunacaq. Baki-baku.az Maliyyə Nazirliyinə istinadla xəbər

Ən son

GÜNDƏM

 Bakıda 148 nəfər XII sinifdə təhsil alır. Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri

GÜNDƏM

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2025-ci il

GÜNDƏM

Hər il olduğu kimi bu il də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə çoxlu sayda