Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/23/2025

Paylaşın

GÜNDƏM

Tarix, poeziya və musiqi – Şuşada unudulmaz anlar

Şuşada davam edən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 22-də Xan qızı Natəvanın evinin qarşısındakı meydanda möhtəşəm konsert proqramı təqdim olunub.
Baki-baku.az xəbər verir ki, rəsmilərin, Şuşa sakinləri və qala-şəhərin qonaqlarının izlədiyi konsertdə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Lalə Məmmədova, Ehtiram Hüseynov, tanınmış müğənnilər Azad Şabanov, Mərdan Kazımov, həmçinin “Dervish Band” və “Qaya” qrupları çıxış ediblər.
Musiqili axşama Dövlət Mahnı və Rəqs Ansamblı solistlərinin ifasında Üzeyir Hacıbəylinin “Cəngi” rəqsi ilə yekun vurulub.
Konsert proqramı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb