Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/28/2026

Paylaşın

TARİXİMİZ

Tanrıdan tale payımız, alın yazımız – 28 May

28 May

Milli hökumət cəmi 23 aylıq fəaliyyəti dönəmində xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu dünyaya nümayiş etdirdi

Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanın mədəni-siyasi yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxdı.

28 may 1918-ci ildə Cümhuriyyətin elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli-azadlıq mübarizəsinin nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Birinci Dünya müharibəsinin sona çatması, Rusiyada oktyabr inqilabı və çarizmin süqutundan yaranan gərgin vəziyyət, Çar Rusiyasının  işğal etdiyi ərazilərə nəzarət edə bilməməsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait, zəmin yaratmışdı. Belə bir şəraitdə  mənsub olduğu milləti milli məfkurədən milli dövlətçiliyə gətirən mücahidlərin yetişməsi də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında müstəsna rol oynamışdı. Məhz o insanların, milli mücahidlərin müstəqil dövlətçiliyin bərpa olunmasına xidmət edən əqidə və məslək birliyi son nəticədə öz bəhrəsini verdi.  28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyini elan edən İstiqlal Bəyannaməsi qəbul edildi. 

Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi

Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dönəmində xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. Dövlət atributlarını və strukturlarını formalaşdımaqla kifayətlənmədi. Məclisi-Məbusanı qurmaqla yanaşı, ilk dünyəvi təhsil mərkəzinin Bakı Universitetinin əsasını qoydu.  Dövlətin Versal Sülh konfransında tanınmasına nail oldu.

Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinmədi. Azərbaycanın dövlətçilik tarixində bu varislik ənənəsini xalqımız cümhuriyyətin süqutundan sonrakı 70 illik Sovet hakimyyəti dövründə qəlbində və şüurunda yaşatdı.

Lenin meydanını Azadlıq meydanına çevirdi

Üstündən illər, on illər ötdü.  Azərbaycan xalqı Əbədi İstiqlala nail olmaq üçün İmperiyanın üstünə yeridi. Lenin meydanını Azadlıq meydanına çevirdi. Müstəqillik  Aktına imza atdı. 20 Yanvar dəhşətlərini, Xocalı faciəsini, Qarabağın və Şərqi Zəngəzurun işğlasını yaşasa da tarix  Azərbaycanın xilaskar Liderini yetirdi.  Ulu Öndər Heydər Əliyevin respublikamızda uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. 

Bu dövrdə xalqımızın sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində baş verən yüksəliş, sürətli inkişaf milli dövlətçilik ideallarının bərpası və gələcək müstəqillik baxımından əhəmiyyəti misilsiz idi. Üçrəngli bayrağımızın Heydər Əliyevin təşəbbüsü ilə hələ Sovet hakimiyyətinin mövcud olduğu 1990-cı ilin noyabrında Naxçıvanda dövlət rəmzi kimi dalğalanması da dediklərimizə əyani sübutdur.

Heydər Əliyev xalqımıza əbədi müstəqillik bəxş etdi

Müstəqilliyin ilk illərində üzləşdiyimiz müharibə  az qala  onun əldən getməsinə gətirib çıxaracaqdı. Yalnız yenidən hakimiyyətə qayıdan, Böyük Qayıdışı ilə tarix yaradan Ulu Öndərin sayəsində müstəqilliyimizi qorumaq mümkün oldu. Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu, Əbədi İstiqlalın carçısına, himayədarına çevrildi.  

Heydər Əliyev xalqımıza əbədi müstəqillik bəxş etdi. Onun siyasi məktəbinin ən layiqli müdavimi Prezident İlham Əliyev isə qətiyyətli, prinsipial siyasəti ilə müstəqilliyimizi daha da möhkəmləndirdi, sarsılmaz etdi. Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, dünya birliyində söz sahibi kimi qəbul olunması məhz müstəqilliyimizin və müstəqil siyasətin bəhrəsidir. 

Azərbaycanın bu gün əldə etdiyi möhtəşəm Zəfərin, suverenlik və ərazi bütövlüyünün tam təmin edilməsi uğurlarının fonunda müstəqilliyimizin möhkəm olması daha aydın görünür. Bu qüdrətin göstəriciləri Azərbaycanın kosmik klubun üzvünə çevrilməsi, BMT Təhlükəsizlik Şurasına, Qoşulmama Hərəkatına sədrlik etməsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və Ümumdünya Şəhərsalma Forumu (WUF13) kimi beynəlxalq tədbirlərə ev sahibliyini üzərinə almasıdır.

Prezident İlham Əliyevin siyasi fəaliyyətində diqqəti çəkən məqamlardan biri də dövlətçilik tariximizin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılmasıdır. 

Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi, Azərbaycan Respublikasının 1 may 2018-ci il tarixli qanunu ilə”Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) “yubiley medalı” təsis olunması Şərqdə ilk parlamentli respublikanın hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur.

Cümhuriyyət Qurucularından miras qalan Əbədi İstiqlalı heç bir qüvvə millətimizdən, məmləkətimizdən qoparıb ala bilməz

Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, cəsur, müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması…

Bu gün tarixinin ən qüdrətli dövrünü, dönəmini  yaşayan Azərbaycan Respublikası Müstəqillik Gününü böyük təntənə ilə qeyd edir. Müstəqil siyasət yürüdən Vətənimiz artıq təkcə regionda, Güney Qafqazda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. İlham Əliyevin dövlətimizin milli maraqlarını bütün sahələrdə inamla təmin etməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edir. Bu gün müstəqil Azərbaycanın üçrəngli bayrağı bütün ərazimizdə dalğalanır. Tanrıdan tale payımız, alın yazımız olan, Cümhuriyyət Qurucularından miras qalan Əbədi İstiqlalı, azadlığı və hürriyyəti heç bir qüvvə millətimizdən, məmləkətimizdən qoparıb ala bilməz!

Ötən əsrin əvvəlində yoxdan bir Bayraq yapıb dövlət quran, İstiqlal Bəyannaməsinə imza atan tarixi şəxsiyyətlər “Bir kərə yüksələn Bayraq bir daha enməz!” nidası ilə tarix yaratdılar. Onu Azərbaycan gəncliyinə əmanət etdilər. 70 illik işğala, intizara baxmayaraq xalqımız Əbədi İstiqlaldan dönmədi. Ulu Öndərin “Müstəqillik hər bir xalqın milli sərvətidir!” nidası ilə Azərbaycanın müstəqilliyini daimi, əbədi və dönməz etdi. Bu gün Azərbaycan azaddır, müstəqildir, özü-öz müqəddəratını həll edir. Təkcə həll etmir. “Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” sevdası ilə mühacirətdə gözlərini əbədi yuman mücahidlərin, fəadilərin ruhunu şad edir!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qurban bayramı və 28 May Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin

Ən son

GÜNDƏM

Naxçıvanda, Əcəmi seyrəngahında “Yeləni” kəlağayı kolleksiyasının təqdimatı keçirilib.

GÜNDƏM

Naxçıvanda, Əcəmi seyrəngahında “Yeləni” kəlağayı kolleksiyasının təqdimatı keçirilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin