Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/12/2025

Paylaşın

İdman

Tanınmış basketbolçu 30 yaşında xərçəngdən vəfat etdi

Tiana Manqakaya, Basketbol, "Dinamo", Xərçəng

Moskvanın “Dinamo” klubunun və Avstraliya millisinin sabiq müdafiəçisi Tiana Manqakaya 30 yaşında onkoloji xəstəlik nəticəsində vəfat edib.

Baki-baku.az xəbər verir ki, bu barədə Avstraliya Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“Biz Tiana Manqakayanın vəfatı xəbərindən dərindən kədərləndik. O, xərçənglə mübarizəsi zamanı göstərdiyi cəsarəti və dözümü ilə hamımıza ilham verdi”, – deyə bəyanatda bildirilib.

2019-cu ildə həkimlər idmançıya süd vəzisi xərçəngi diaqnozu qoymuşdular. Manqakaya kimyaterapiya, ikitərəfli mastektomiya və rekonstruktiv əməliyyatdan sonra xəstəliyi gerilətmiş və idmana qayıda bilmişdi. Lakin 2023-cü ildə xəstəlik yenidən şiddətlənmiş və o, karyerasını yarımçıq dayandırmaq məcburiyyətində qalmışdı.

2025-ci ilin aprelində o, idmana qayıtdığını elan etsə də, sentyabrın 4-də sağlamlığının kəskin pisləşməsi səbəbindən karyerasını yenidən başa vurduğunu açıqlamışdı. Bundan bir həftə sonra isə dünyasını dəyişdi.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Abşeron, Yevlax və Ağstafa rayonlarının inzibati ərazilərində yaşıllıqların

Ən son

GÜNDƏM

Dekabrın 8-dı Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.

GÜNDƏM

Dekabrın 8-dı Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin