Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ olub. Bu barədə Baki-baku.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. “Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır”, – məlumatda qeyd olunub. Vurğulanıb ki, yeraltı təkanların ocağı 39 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 03:17-də qeydə alınıb.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. President.az xəbər verir ki, məktubda deyilir: “İki il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirmiş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm. Azərbaycan bu dəhşətli faciə ilə bağlı qardaş […]

Xəzər dənizində zəlzələ qeydə alınıb

Xəzər dənizində 3.4 maqnitudalı zəlzələ baş verib.Bu barədə Baki-baku.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Qeyd edilib ki, yeraltı təkanlar 26 dekabr Bakı vaxtı ilə 10:52-də qeydə alınıb.Zəlzələ ocağının dərinliyi 30 kilometr olub.

Xəzərdə gün ərzində iki dəfə zəlzələ baş verib

Xəzər dənizində iki zəlzələ qeydə alınıb.Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.Qeyd edilib ki, yeraltı təkanlar 26 dekabr Bakı vaxtı ilə 02:03-də qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 63 kilometr olub.Bakı vaxtı ilə saat 07.28-də 3.1 maqnitudalı ikinci zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 30 kilometr dərinlikdə […]