Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Zooloji Parkında “Gələcək uşaqlara məxsusdur” adlı ənənəvi bayram şənliyi keçirilib.