Zığ yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
![](https://baki-baku.az/wp-content/uploads/2025/01/44613_7zy48e27qm.jpg)
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Bu barədə Baki-Baku.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.Bildirilib ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.Eyni zamanda, tablolarda “sürüşkən yol” işarəsi qoyulub.