Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.Bu barədə Baki-baku.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.Qeyd edilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub.Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.