Ukrayna rəsmisi: Qarabağın bərpası bizim üçün mühüm modeldir

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Ukrayna nümayəndə heyəti Azərbaycana təşəkkür edib. Ukraynanın İcmalar və Ərazilərin İnkişafı Nazirliyini forumda təmsil edən Yuliya Çileneva bildirib ki, WUF13 çərçivəsində Ukrayna üçün yaradılan şərait yüksək qiymətləndirilir.