Yalçın Rəfiyev: Azərbaycanın bərpa təcrübəsi oxşar çətinliklərlə üzləşən ölkələr üçün nümunəvi modeldir

Baki-baku.az xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini Yalçın Rəfiyev World Urban Forum 13 çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” adlı tədbirdə çıxışı zamanı səsləndirib.
Nazir müavini: Böhranların həlli ilə bağlı bütün yanaşmalar insan mərkəzli şəkildə qurulmalıdır

Böhranların insan amili və ya təbii fəlakətlər nəticəsində yaranmasından asılı olmayaraq, hər bir vəziyyət özünəməxsus xüsusiyyətlərə malikdir. Lakin nəticə etibarilə ən çox zərər görən tərəf insanlar olur.