Qafqaz Konfederasiyasının üç azərbaycanlı təsisçisindən biri – Xosrov bəy Sultanov

Ata mülkündən miras qalan malikanəni, torpaq sahələrini, zəncirli qızıl qol saatını satıb Milli Ordunun Fonduna köçürən Hərbi nazir
Xosrov bəy Sultanov – “İstiqlal Bəyannaməsi”nə imza atan, Cümhuriyyətin ilk Hərbi naziri kimi tarixdə qalan General-qubernator

Şəcərə dəftəri ilə Osmanlı sultanlarına bağlı olan Xosrov bəy Sultanovun doğulduğu torpaqlar, Şərqi Zəngəzurun və Qarabağın böyük bir hissəsi onun ulu babası Sultan bəy Teymur bəy oğlu Sultanzadəyə IV Sultan Murad tərəfindən tüyül torpağı olaraq verilmişdi.