Xankəndidə inşa olunan tikiş fabriki fəaliyyətə başlayıb

Azərbaycan və Özbəkistan şirkətlərinin birgə fəaliyyəti nəticəsində Xankəndidə inşa olunan tikiş fabriki fəaliyyətə başlayıb.Baki-Baku.az xəbər verir ki, bu tikiş fabrikinin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib.Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. […]