Türkiyədə matəm elan olunub
Türkiyənin Bolu bölgəsinin “Kartalkaya” xizək mərkəzinin hotelində yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 50-dən çox şəxs yaralanıb.Baki-baku.az “Haber Global”a istinadən xəbər verir ki, Türkiyədə bununla bağlı matəm elan olunub.Məlumata görə, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamalarında bildirib.Onun sözlərinə görə, matəm bir gün davam edəcək.
Türkiyədə antik dövrə aid məbəd aşkarlanıb
Türkiyənin Osmaniye şəhəri yaxınlığında aparılan arxeoloji qazıntı zamanı antik dövrə aid məbədin qalıqları aşkarlanıb.Baki-baku.az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.Məlumata görə, qazıntı işləri Mədəniyyət və Turizm Nazirliyi və Osmaniye Qorqud Ata Universiteti ilə birgə “Gələcəyə İrs” layihəsi çərçivəsində aparılır.Qeyd olunur ki, məbəd eramızdan əvvəl 540-cı ilə aiddir.Qazıntı zamanı, həmçinin məbədin düz yanında daha əvvəlki […]