“Nizami” – “28 May” tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müəyyən edib, dərhal dispetçer mərkəzinə məlumat verib.

Baki-baku.az bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun açıqlamasına istinadən xəbər verir.O bildirib ki, Bakı metropoliteninin normativ tələblərinə uyğun olaraq, dərhal yüksək gərginlik xətdən ayrılıb, FHN-in aidiyyəti qurumuna məlumat verilib:“Metropolitenin “Nizami” stansiyası sərnişinlərin girişinə bağlanılıb. Tüstülənmənin mənbəyi dərhal müəyyən edilib. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb.Qatarların hərəkəti 25 dəqiqədən sonra bərpa olunub”.