Bakıda trolleybuslar ilk dəfə 1941-ci il dekabrın 5-də istifadəyə verilib
Bu nəqliyyat növü, xüsusən 1960-80-ci illərdə Bakının əsas simvollarından biri olub. O zaman trolleybuslar 32 marşrut üzrə hərəkət edir, həm şəhəri, həm də ətraf qəsəbələri birləşdirirdi. Ümumi xəttlərin uzunluğu 300 km-dən çox idi və iki depoda saxlanılan trolleybuslar mütəmadi təmir edilərək yenidən istifadəyə verilirdi. Trolleybuslar şəhər sakinləri və qonaqlar üçün rahat bir nəqliyyat vasitəsi idi. […]