Bakıda inşaat işlərinin 90 %-dən çoxu özəl müəssisələr tərəfindən yerinə yetirilib
Bu ilin yanvar-oktyabr aylarında Bakıda ümumi inşaat işlərinin 90,3 %-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, qeyd edilən dövrdə paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,7 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 7,7 %-ni əsaslı təmir, 3,1 %-ni cari təmir, 3,5 %-ni isə sair tikinti işləri təşkil edib.
Bakıda qanunsuz tikinti sökülüb
Bakıda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Sulutəpə qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.Bu barədə Baki-Baku.az-a FHN-dən məlumat verilib.Bildirilib ki, müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili […]