Mərkəzi Nəbatat Bağında əsaslı təmir-yenidənqurma işləri yekunlaşır

Mərkəzi Nəbatat Bağı

Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə ötən ildən 46 ha sahəsi olan Mərkəzi Nəbatat Bağında əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb. Bağın 1937-ci ildə tikilmiş inzibati binası əsaslı təmir edilib, parkın ərazində yerləşən Botanika İnstitutunun inzibati binası isə sökülərək yenidən tikilib. Parkda müasir tipli oranjereya inşa edilib, oranjereya isitmə, soyutma və nǝmləndirmə avadanlıqları ilə təchiz olunub. […]