Bakının bəzi rayonlarında suyun verilməsində fasilə yaranacaq

Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.Məlumata görə, işlər 5 fevral, saat 10:00-da başlanılacaq, 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq. Bu tarixdən sonra […]

Nizami rayonunda suyun verilməsində fasilə yaranacaq

Nizami rayon ərazisinə suyun verilməsində fasilə yaranacaq.Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.Bildirilib ki, su xəttində aparılacaq kompleks təmir işləri ilə bağlı yanvarın 21-23-də Nizami rayon ərazisinə suyun verilməsində fasilə yaranacaq.

Bakının bütün mikrorayonlarında su kəsiləcək

Su kəsiləcək

Bu gün Bakının bütün mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində – “Vorovski” ərazisində suyun verilməsində fasilə yaranacaq.Baki-baku.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.Məlumata görə, buna səbəb su xəttində baş verən qəzanın aradan qaldırılması işləridir. Saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.

Nəsimi və Yasamalda su kəsiləcək

Bakının Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərində su olmayacaq.Baki-baku.az xəbər verir ki, magistral su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar yanvarın 3-ü saat 22:00-dan yanvarın 4-ü saat 11:00-a dək Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

Zabrat qəsəbəsində su kəsiləcək

Zabrat qəsəbəsində suyun verilməsində məhdudiyyət tətbiq olunacaq.Baki-Baku.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti məlumat yayıb.Su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 29 dekabr tarixində Sabunçu rayonu Zabrat qəsəbəsinin bir hissəsinə axşam saatlarına qədər suyun verilməsində fasilə yaranacaq.

Səhər tezdən ac qarına bir stəkan su içmək faydalıdırmı?

Səhər ac qarına bir stəkan su içməyin həzmi yaxşılaşdıra biləcəyi fikri çox populyardır. Lakin əslində bu, həzmə heç bir təsir göstərmir, hətta onu çətinləşdirə bilər.Baki-Baku.az bu barədə Gazeta.ru-ya isitnadən xəbər verir.Rusiyalı qastroenteroloq Aliya Useyeva bildirib ki, səhər içilən bir stəkan suyun həzm proseslərini aktivləşdirmək üçün katalizator rolunu oynadığı fikri orqanizmin təmizlənməsinin qədim ənənələrindən qaynaqlanır.“Həzm funksiyası […]