İşsizlikdən Sığorta Fondunun bu il üçün büdcəsi təsdiqlənib
Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcəsini təsdiqləyib.Baki-Baku.az xəbər verir ki, Fondun gələn il üçün gəlirləri və xərcləri bərabər olmaqla 260,7 milyon manat proqnozlaşdırılır.Bu, 2024-cü ilin büdcəsinə nisbətən 9,5 % çoxdur.