Şah Təhmasibin özü ilə məzara aparmaq istədiyi məktub

Səfəvilər tarixində çoxsaylı maraqlı və qeyri-adi hadisələr var. Lakin onlardan biri bu gün də tarixçiləri heyrətləndirməkdə davam edir.
Şah Təhmasib – Səfəvilərin on yaşında taxta çıxan, əlli iki il səltənət sürən hökmdarı

Getdikcə böyüyən və idarəetmə səriştəsi artan Şah Təhmasib 1532-ci ildə ölkədəki ara müharibələrinə son qoydu və bütün hakimiyyəti öz əlində cəmləşdirdi.