İl ərzində Bakıda 300-ə yaxın işıq dirəyi avtoqəza nəticəsində sıradan çıxır

İl ərzində Bakıda 300-ə yaxın işıq dirəyi avtoqəza nəticəsində vurularaq sıradan çıxır.Bunu Baki-baku.az-a açıqlamasında “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin texniki şöbəsinin rəisi Anar Sultanov deyib.O bildirib ki, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi Bakı şəhərinin inzibati ərazisinə daxil olan küçə və prospektlərdə quraşdırılmış işıqlandırma sisteminə xidmət göstərir: “Küçə və prospektlərin işıqlandırılması 80 minə yaxın […]

Aktaudakı təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib

“Azərbaycan Hava Yolları” QSC-nin Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsində həyatını itirmiş vətəndaşların banklarda və bank olmayan kredit təşkilatlarındakı kredit öhdəlikləri tam məbləğdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib.Baki-baku.az xəbər verir ki, bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) və “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliklərinin birgə yaydığı […]

Aktaudakı təyyarə qəzasında həlak olan sərnişinlərin və ekipaj üzvlərinin siyahısı

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb.Baki-Baku.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.Həlak olanların bəzilərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.

Qəza edən təyyarədə həyatını itirənlərin cənazələri tezliklə Azərbaycana gətiriləcək

“Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək.Baki-Baku.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin və AZAL-ın birgə məlumatında deyilir.Bildirilib ki, eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri əsasında sağlamlıq vəziyyəti […]

Təyyarə qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirilib, tapşırıqlar verilib

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib. Bu barədə Baki-Baku.az-a Nazirlər Kabinetindən məlumat verilib. Komissiyanın sədri Əli Əsədov Prezident İlham Əliyevin hadisə ilə bağlı araşdırmanı şəxsi nəzarətə götürdüyünü bildirib. Dövlət Komissiyası bir sıra vacib və təxirəsalınmaz məsələləri, o cümlədən qəza nəticəsində xəsarət alanlara və […]