2030-cu ilədək ADY 20 ədəd sərnişin qatarı alacaq

Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2025−2030-cu illərdə 20 ədəd sərnişin qatarının alınması nəzərdə tutulur. Baki-baku.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir. Buraya satınalmaya dair şərtlər toplusunun hazırlanması, satınalmanın keçirilməsi və təchizatçı […]

Sərnişinlərin qanunsuz hərəkəti nəticəsində qatar Ağstafadan Bakıya gec çatıb

Sərnişinlərin qanunsuz hərəkəti

Yanvarın 26-da sərnişinlərin qanunsuz hərəkəti “Azərbaycan Dəmir Yolları” QSC-nin Ağstafa–Bakı qatarının mənzil başına gec çatmasına, digər sərnişinlərin ciddi narahatlığına səbəb olub.Baki-baku.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.Belə ki, ötən gün saat 17:58-də Gəncə stansiyasında yoxlama məntəqəsində sərnişinlərin qeydiyyatı bitdikdən sonra 2 nəfər sərnişin biletləri təsdiqlənmədən və şəxsiyyətlərini təsdiq edən sənədləri yoxlanılmadan ADY əməkdaşlarına müqavimət […]

ADY: Bakı-Sumqayıt qatarı 29 yanvarda iş günü qrafiki üzrə hərəkətdə olacaq

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarları Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi 29 yanvarda iş günü qrafiki üzrə hərəkətdə olacaq.Baki-baku.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.Məlumata görə, vətəndaşların həmin gün rahat hərəkət etməsi üçün Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkəti iş günlərinin cədvəlinə uyğun tənzimlənəcək.29 yanvar seçkilərilə əlaqədar qeyri-iş günü günü elan olunub.

Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 18-19 yanvar tarixlərində əlavə qatar reysləri təyin edir.Baki-baku.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək olar.“Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin […]

“Bakı Metropoliteni”nə yeni sədr təyin olunub

Bakı Metropoliteni

Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni” QSC-yə sədr təyin edilib.Baki-baku.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Qeyd edək ki, Vüsal Aslanov 2016-cı ilin iyulun 20-dən “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsində çalışıb.Məlumat üçün bildirək ki, V.Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu […]

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günləri ərəfəsində sərnişin tələbatını təmin etmək məqsədilə 28 və 29 dekabr tarixlərində Bakıdan Ağstafaya və Ağstafadan Bakıya əlavə qatar reysləri təyin edib.Baki-Baku.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.Xatırladaq ki, 30 dekabr-5 yanvar bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq.

Hava şəraiti ilə əlaqədar qatarların sürət həddi endirilib

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə olunan qarlı-küləkli hava şəraitinə görə dəmir yolunda bəzi sahələrdə qatarların sürət həddi endirilib.Baki-Baku.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla xəbər verir ki, bu səbəbdən Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.Hərəkət […]

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri olacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə 30 dekabr-5 yanvarda Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.Baki-baku.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.Məlumata görə, sözügedən reyslər qeyri-iş günü elan edilmiş 30 dekabr-5 yanvar tarixlərində hər gün olmaqla Bakıdan saat 09:15-də, Ağstafadan isə […]

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Noyabrın 25-dən “Azərbaycan Dəmir Yolları” QSC COP29-la əlaqədar Bakı-Sumqayıt sürət elektrik qatarlarının müvəqqəti ləğv edilmiş reyslərini bərpa edəcək.Baki-Baku.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata istinadən xəbər verir.Məlumata görə, Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti 16 sentyabr 2024-cü il tarixində tətbiq olunan qrafikə uyğun təşkil ediləcək.Belə ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqaməti üzrə: