Dekabrın 26-da Azərbaycanda matəm elan edildi
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Baki-baku.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bakı-Qroznı təyyarəsindəki sərnişinlərin siyahısı açıqlanıb
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlanıb.Baki-baku.az AZAL-a istinadla siyahını təqdim edir:
AZAL: Qəza enişi edən təyyarənin sərnişinlərindən 37 nəfəri Azərbaycan vətəndaşıdır
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qəza enişi edən təyyarəsinin göyərtəsindəki 62 sərnişindən 37 nəfəri Azərbaycan vətəndaşı olub.Baki-baku.az AZAL-a istinadla xəbər verir ki, həmçinin göyərtədə olanların 16-sı Rusiya vətəndaşı, 6-sı Qazaxıstan vətəndaşı, 3-ü Qırğızıstan vətəndaşıdır.Bildirilib ki, sərnişinlərin siyahısı yaxın zamanda ictimaiyyətə açıqlanacaq.
AZAL-ın qəza enişi edən təyyarəsində 67 nəfər olub, sağ qalanlar var
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qəza enişi edən təyyarəsinin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.Baki-baku.az AZAL-a istinadla xəbər verir ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə […]