Bakının püstə ağacları…

“Müharibə vaxtı Bakıya bomba düşmədi. Heç bircə dənəsi də düşmədi. Deyəsən, bizdən – məhəllə uşaqlarından başqa, heç kəs buna təəssüflənmədi. Hədər yerə gecədən xeyli keçənədək binanın damında oturub hava hücumunu gözləyirdik. Maşalar da, qarmaqlar da, baltalar da asılı qaldı. Bizim yaşadığımız ev böyük və çox gözəl idi. Ev ikimərtəbəli idi, bütün ikinci mərtəbə boyu balkonlar […]