Təyyarə qəzasında həlak olan ekipaj üzvləri II Fəxri xiyabanda dəfn edilib
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri II Fəxri xiyabanda dəfn edilib.Baki-baku.az xəbər verir ki, ekipaj üzvlərindən stüardessa Hökümə Əliyeva, kapitan pilot İqor Kşnyakin, pilot Aleksandr Kalyaninovun dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ekipaj üzvlərinin cənazələri vida mərasimi üçün hava limanına gətirilib
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyeva) cənazələri vida mərasimi üçün Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirilib.Baki-baku.az xəbər verir ki, Bakı vaxtı ilə saat 10:00-da İqor Kşnyakin, Aleksandr […]