Bakının 6 küçəsində skuter parklanma məntəqəsi təşkil edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının 6 küçəsində skuter parklanma məntəqəsi təşkil edib.Baki-baku.az bu barədə agentliyə istinadən xəbər verir.Məlumata görə, bunlar Ayna Sultanova, Landau, Zahid Xəlilov, Əbdürrəhim bəy Haqverdiyev, Akim Abbasov və Həsən bəy Zərdabi küçələridir. Məqsəd paytaxtda mikromobillik imkanlarını artırmaqdır.
Bakıda ödənişsiz parklanma məntəqələri təşkil olunur

Bakıda ödənişsiz parklanma məntəqələri təşkil edilir. Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.Bildirilib ki, AYNA tərəfindən paytaxtın Mikayıl Hüseynov və Aqil Quliyev küçələrində 9 məntəqə üzrə 94 parklanma yeri təşkil edilib.Üç məntəqə fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün nəzərdə tutulub.Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdiriləcək.