Prezident İlham Əliyev Paraqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Paraqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbul edib.Baki-baku.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Səfir Seferino Valdez Peralta Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyanın salamlarını dövlətimizin başçısına çatdırdı.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, […]