Nəsimi rayonunun bir hissəsində qaz olmayacaq

Bu gün Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.Bu barədə Baki-baku.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, Nəsimi rayonunda qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədilə fevralın 10-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.Təmir-quraşdırma işləri aparılan müddətdə C. Məmmədquluzadə, H. Ələsgərov, H. Sarabski, A. Qurbanov, Mərdanov qardaşları, N. Vəzirov, […]

Bakının bəzi rayonlarında suyun verilməsində fasilə yaranacaq

Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.Məlumata görə, işlər 5 fevral, saat 10:00-da başlanılacaq, 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq. Bu tarixdən sonra […]

Nəsimi rayonunda yerləşən abad məhəllədəki problemlər aradan qaldırılıb

Ötən yazımızda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan məhəllələrin Bakının bir sıra ərazilərində acınacaqlı vəziyyətdə olması ilə bağlı xəbər vermişdik. Bu barədə dərc etdiyimiz məlumatdan dərhal sonra Nəsimi Rayon İcra Hakimiyyəti bu istiqamətdə fəaliyyətə keçib.Baki-Baku.az xəbər verir ki, aparılan işlər nəticəsində Nəsimi rayonu, Hüseyn Seyidzadə 38 ünvanında salınan abad məhəllədə meydançanın örtüyü bərpa edilib, divarlar yenidən […]

Bu gün “Nəsimi” operasının premyerası olacaq

Seyid İmadəddin Nəsiminin mənəvi əzəmətini, irsini, humanist prinsiplərini, əyilməz iradəsini özündə ehtiva edən “Nəsimi” operasının premyerası bu gün axşam Heydər Əliyev adına Respublika Sarayında baş tutacaq. Operanın bəstəkarı xalq artisti, professor Səyavuş Kərimi, libretto müəllifi millət vəkili, akademik Rafael Hüseynov, baş rolun ifaçısı Gəncə Dövlət Filarmoniyasının direktoru, əməkdar artist Ramil Qasımovdur.

Opera və Balet Teatrının təqdimatında ilk dəfə “Nəsimi” operası tamaşaya qoyulacaq

Nəsimi

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında ilk dəfə “Nəsimi” operası tamaşaya qoyulacaq. Baki-Baku.az bildirir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dərin fəlsəfəsini, azad ruhunu və humanist dəyərlərini canlandıran bu opera tamaşaçılara onun mənəvi dünyasına səyahət imkanı yaradacaq. Musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova […]