Bakı metrosunda ötən ay sərnişinlərin 21 %-dən çoxu QR biletlə ödəniş edib
Bu ilin yanvar ayında “Bakı Metropoliteni” QSC-də 3 milyon 679 min 201 sərnişin stansiyalara QR biletlə ödəniş edərək daxil olub.Baki-baku.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, bütün ödənişli sərnişinlərin 21,1 %-i deməkdir.Yanvar ayının 10-u QR biletdən ən çox istifadə edilən gündür – 150 min 111. Ən çox QR bilet istifadəçiləri olan stansiyalar: “28 May” […]
Yanvarda Bakı metrosuna ən çox sərnişin “Koroğlu” stansiyasından daxil olub
Bu ilin yanvar ayında Bakı metropolitenindən 17 milyon 984 min 399 sərnişin isitfadə edib.
Bu il metro stansiyalarına yeni adlar veriləcək
Bu il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar adsız zirvələrə yeni adlar veriləcək.
Bakının ən gözəl metro stansiyaları
“Bakı Metropoliteni” 1967-ci il 6 noyabrdan bəri fəaliyyət göstərir. İlk xəttin uzunluğu 6,5 km olub və 5 stansiyadan ibarət olub. Hazırda isə metronun ümumi uzunluğu 40 km-dən çoxdur və 3 əsas xətdən ibarətdir : 1.Qırmızı xətt (Xətai-İçərişəhər) 2.Yaşıl xətt (Dərnəgül-Həzi Aslanov) 3.Bənövşəyi xətt (Avtovağzal-8 Noyabr) 1.“Həzi Aslanov” stansiyası iki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq […]
“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 43% artıb
Ötən il “Bakı Metropoliteni” QSC-nin “Əlçatan metro” layihəsindən 1 310 sərnişin istifadə edib.Baki-baku.az “Bakı Metropoliteni”nə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 43 % çoxdur.Qeyd edək ki, 2019-cu ilin mart ayının sonlarında istifadəyə verilmiş “Əlçatan metro” layihəsindən əlil arabası, əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, uşaq arabacıqları […]
Ötən il Bakı metrosunda 20 milyona yaxın sərnişin QR biletdən istifadə edib
2024-cü ildə “Bakı Metropoliteni” QSC-nin 19 milyon 509 min 335 sərnişini QR biletdən istifadə edib.Baki-baku.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.Məlumata görə, bu, ödəniş etmiş sərnişinlərin 8,75 %-ni təşkil edir.QR biletdən ən çox istifadə edilən stansiyalar “28 May” (1 milyon 705 min 798 sərnişin), “Gənclik” (1 milyon 594 min 534 sərnişin) və “Koroğlu” (1 […]
“Cəfər Cabbarlı” metro stansiyasında işlər yekunlaşmaq üzrədir
Hazırda “Həzi Aslanov” stansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılır, “Cəfər Cabbarlı” stansiyasında isə yekunlaşmaq üzrədir.Baki-Baku.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”QSC-nin 20 illik hesabatında bildirilib.Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Bakı metropolitenində mövcud infrastrukturun yeni standartlar səviyyəsinə qaldırılması əsas prioritetlər sırasındadır.Son 20 il ərzində Bakı metrosunda 7 stansiya […]
Son 20 ildə Bakı metrosunda 7 yeni stansiya tikilib
Son 20 il ərzində Bakı metrosunda “Yaşıl” və “Bənövşəyi” xətlər üzrə 7 yeni stansiya inşa edilib.Baki-Baku.az xəbər verir ki, bu, barədə “Bakı Metropoliteni”QSC-nin 20 illik hesabatında bildirilib.Qeyd edilib ki, ötən dövrdə istifadəyə verilən “Xocəsən” elektrik deposu yetişdirilmiş yerli mütəxəssilərin mühəndis-texniki bilik və bacarığının əyani nümayişidir. Bundan savayı, dərin özüllü 2 stansiyanın ikinci giriş-çıxışları inşa edilib.
Bakı metrosundan istifadə qaydalarının pozulmasına görə cərimələr artırılıb
Bakı metrosunda istifadə qaydalarının pozulmasına görə bəzi cərimələrin məbləği artırılıb.Baki-Baku.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən, stansiyaların vestibülləri, keçidləri, platformaları, eskalatorlar və vaqonların salonlarının zibillənməsi və ya üzərlərində yazılar yazılması, məhdudiyyət çəpərləri və qadağanedici nişanlarla qorunan yerlərdən stansiyaya daxil olunması, eləcə də zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə edilməsi üçün cərimələr 15 manatdan […]
Ötən il Bakıda metrodan istifadə edən sərnişinlərin sayı 5 %-ə yaxın artıb
Ötən il Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2023-cü ilin eyni dövrünə nisbətən 4,6 % artıb.Baki-baku.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakı metropolitenindən istifadə edənlərin sayı 229,5 milyon nəfər olub.Qeyd edək ki, hazırda metro stansiyalarının ümumi sayı 27, Bakı metrosunun ümumi uzunluğu isə 40,7 kilometrdir.