Milyonçu varislərindən “Mesenat”ın yaradıcı heyətinə xüsusi təşəkkür

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük neft milyonçusu, xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Mesenat” (Əli Əmirli) tamaşasının növbəti nümayişi uğurla təqdim olunub.