Türkiyədə matəm elan olunub

Türkiyədə matəm, Kartalkaya

Türkiyənin Bolu bölgəsinin “Kartalkaya” xizək mərkəzinin hotelində yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 50-dən çox şəxs yaralanıb.Baki-baku.az “Haber Global”a istinadən xəbər verir ki, Türkiyədə bununla bağlı matəm elan olunub.Məlumata görə, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamalarında bildirib.Onun sözlərinə görə, matəm bir gün davam edəcək.

Bu gün Azərbaycanda matəmdir

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.Baki-Baku.az xəbər verir ki, matəmlə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki teatr-konsert müəssisələrində dekabrın 26-na nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb. Radio və televiziyalarda əyləncəli verilişlərin yayımlanması tövsiyə olunmur. Matəm […]

Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

Azərbaycanda matəm

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Baki-baku.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.